Foto 14:44 21.05.2023

Naxçıvanda polis mayoru faciəvi şəkildə həlak oldu (FOTO)

Naxçıvan Muxtar Rüspublikasının Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi "Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-cil il Zahir Səfərov dünyasını dəyişib.

Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.

Araşdırma aparılır.