Xəbər lenti

Dünya 14:26 01.04.2024

Nazarbayevin yaxın qohumu çirkli pulların yuyulmasında günahını etiraf etdi

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldıulı çirkli pulların yuyulmasında günahını etiraf edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmə iclasının yekunlarına görə Qazaxstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb

Məhkəmənin hazırlıq iclasında müdafiə tərəfi vəsatətlə ittiham üzrə sazişin bağlanması və qanunsuz əldə edilmiş əmlakın qaytarılması barədə vəsatətlə çıxış edib. Məhkəmə prosessual sazişin bağlanması məsələsini həll etmək üçün vaxt verib, məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu illər ərzində Kayrat Satıbaldıulı Milli Təhlükəsizlik Komitəsində və hakim "Nur Otan” partiyasında (indiki "Əmanət”) çalışıb, bizneslə də məşğul olub. 2022-ci ilin martında o, vəzifə səlahiyyətlərindən sui-istifadə və "Qazaxtelekom”dan pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Həmin ilin sentyabrında o, 6 il müddətinə azadlıqdan məhrum edilib. İşin gedişində Qazaxıstan büdcəsinə 98,6 milyon dollar qaytarılıb.

Qeyd edək ki, Nursultan Nazarbayev 1991-ci ildə prezident seçilib və 25 ildən çox bu vəzifədə çalışıb. O, 2019-cu il martın 19-da istefa verib. Həmin vaxt Senatın sədri vəzifəsini tutan Qasım-Comart Tokayev müvəqqəti olaraq president vəzifələrini icra edib. Həmin ilin iyun ayında o, prezident seçkilərində qalib gəlib. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?