Maqazin 14:40 10.11.2022

Nazilə Səfərli yarım milyonluq mənzilindən danışdı

Aparıcı Nazilə Səfərli Səbail rayonu ərazisində yarım milyona aldığı mülklə bağlı məlumatlara aydınlıq gətirib. 

Şairə Qaynarinfo-ya açıqlamasında evin qiymətinin həddindən artıq şişirdildiyini qeyd edib.

"İndi ev almaq olar? Evi mən 8 il bundan əvvəl almışam. Sadəcə, indi təmir etdirmişəm. Hələ daşınmamışam. Ustalar məni incidir, bu gün sabah deyə-deyə uzadırlar”, deyə nazilə səfərli bildirib.

Qeyd edək ki, şairə Nazilə Səfərli yeni açılan "Çəmbərəkənd" parkı ilə üzbəüzdə yerləşən çoxmərtəbəli yaşayış binasında yeni mənzil alıb. Onun yeni mənzilinin qiymətinin təxminən yarım milyon civarında olduğu ehtimal olunur.

Bahar Rüstəmli