Maqazin 16:37 13.03.2024

Nazilə sənətçiləri yalan danışmaqda ittiham etdi: "Gedib 300 qram qızıl alırlar..."

"Hansı məşhur deyirsə ki, ərəb ölkələrinə səfər 50-60 min manata başa gəlir, əmin olun ki, həmin sənətçi həyatı boyu 50-60 min manatı bir yerdə görməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli sənət adamlarının ərəb ölkələrinə səfər xərclərindən danışarkən deyib. 

Şairə bildirib ki, Türkiyədəki xidmətin misli-bərabəri yoxdur:

"50-60 min manat bilirsiniz harada xərclənər? Qızıl alış-satışında. Getmişkən 300 qram qızıl da alırlar, sonra da deyirlər ki, getdim ərəb ölkələrinə və 60 min xərclədim".

Nazilə Səfərli yaxın günlərdə ərəb ölkələrinə səfər edəcəyini bildirib:

"Mən hər il isti ölkələrə səyahət edirəm. Bu il də ənənəmə sadiq qalacam. Mart ayında oğlumla birlikdə ərəb ölkələrində olacağam".
 
Bahar Rüstəmli