Ekonomiks 20:20 04.11.2023

Nazir: "Bəziləri peşə məktəblərinə təqaüd almaq üçün gəlməyə çalışır"

"Bəziləri peşə məktəblərinə təqaüd qazanmaq üçün gəlməyə çalışır. Ona görə də təqaüdün miqdarının azaldılmasını düşünürük".

Qaynarinfo xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

Nazir bildirib ki, məşğulluq bazarlarına aktivlik üçün gəlinməsi yaxşı olardı: "Dövlət peşə hazırlıqları mərkəzləri üzrə monitorinq nəticələri 75 % ətrafındadır”.