Ölkə 10:18 04.12.2023

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Təhsil Nazirliyində növbəti kadr təyinatı olub. 

Manset.az-ın əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub. 

Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 

Məlumat qurumdan təsdiq edilib. 

Qeyd edək ki, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələki təyinat yoxdur.