Xəbər lenti

Ölkə 15:36 29.02.2024

Nazir: "Məktəbdə hər hansı hadisə baş verə bilər, bundan sığortalanmamışıq"

Son aylarda ümumtəhsil müəssisələrində uşaqlarla bağlı baş verən neqativ hallar gündəmi zəbt edən mövzuya çevrilib.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

"Məktəbdə hər hansı hadisə baş verə bilər, bundan sığortalanmamışıq, 1,5 milyon uşaq olan mühitdə hadisə ola bilir. Hadisə müxtəlif səbəblərdən ola bilər, hər bir halın ayrı-ayrılıqda izahı var. Hadisə baş verəndə, ətrafdan günahkar çıxarılır və cəza istənilir. Cəzanın qədəri ilə bağlı da ciddi gözləntilər olur. Biz dövlət qurumuyuq, qanunvericilik çərçivəsində fəaliyyət göstəririk. Birinci hadisədə əgər cinayət tərəfi görünə bilərsə, ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Məhkəmə qərarı olmadan da kimisə mühakimə etmək hüququ yoxdur. Məktəblərdə hansısa bədbəxt hadisəyə görə mühakimə edən qurum Elm və Təhsil Nazirliyi deyil. Ola bilər inzibati xəta olur, bu zaman da hüquq-mühafizə qurumu müvafiq cərimə edə bilər, əgər yaşı uyğundursa, ya da yenə məhkəmə yolu ilə qərar verilə bilər. İnzibati və ya cinayət hadisəsi deyilsə, məsələn, məktəbdə iki şagird dalaşıbsa, bu evdə də baş verə bilıər. Bu halda ilk növbədə məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, valideynlərlə danışırsa, məsələ həllini tapır. Sosial şəbəkələrdə bunu göstərib müəllimlərin üstünə getmək düzgün deyil”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->