Xəbər lenti

Siyasət 16:59 28.12.2023

Nazir: "Paşinyan azərbaycanlıların qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid sayır"

Yüz minlərlə azərbaycanlı Ermənistandan kütləvi şəkildə qovulub.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, azərbaycanlılar dədə-baba torpaqlarına qayıdacaqlarına ümidlidirlər: "Amma Ermənistanın mövqeyi təəssüf və təəccüb doğurur. Ermənistan baş naziri Nikol Paşinyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq təşkil edir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->