Ölkə 12:47 29.02.2024

Nazir polis mayoruna yeni vəzifə verdi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xidmətin inspektoru, polis mayoru Anar Qafarov mətbuat xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.