Ölkə 17:50 18.07.2022

Nazir polkovniki təqaüdə göndərdi, mayoru rəis əvəzi təyin etdi (FOTO)

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Qobustan Rayon Polis Şöbəsinin rəis əvəzi polis mayoru Fətəliyev Fərid Zaur oğlu təyin edilib. 

Qeyd edək ki, Fətəliyev Fərid Zaur oğlu nazir Vilayət Eyvazovun əmri ötən ilin iyul ayında Qobustan Rayon Polis Şöbəsində əməiyyat işi üzrə rəis müavini vəzifəsinə təyin edilmişdi.

Onu da qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" yayıb.