Xəbər lenti

Foto 19:10 12.07.2023

Nazir yeni idarə rəisi təyin etdi (FOTO)

Şəki-Zaqatala Regional Gənclər və İdman Nazirliyinində yeni təyinat olub.

Bizim.Media-nın xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Ramiz Mahmudov Oğuz rayonunda doğulub. O, 2 nömrəli Oğuz şəhər tam orta məktəbini bitirib. 1994-99-cu illərdə Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda təhsil alıb. Ailəlidir. 

Ramiz Mahmudov son illər Oğuzda gənclərin idmana aktiv cəlb edilməsi, rayonda müxtəlif Respublika səviyyəli yarışların təşkilində aktiv iştirak edib.  

Qeyd edək ki, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi mərkəz olaraq Qəbələ rayonunda yerləşir.

Regional idarə Qəbələ ilə yanaşı Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->