Ölkə 10:03 20.10.2022

Nazirin işdən çıxardığı akademikin oğluna yeni vəzifə verildi (FOTO)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun işdən çıxardığı Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Kamal Əliyev yeni vəzifəyə təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, FHN-də vəzifəsindən çıxarılan tibb xidməti polkovniki Binəqədi qəsəbəsində yerləşən 35 saylı şəhər poliklinikasının baş həkimi təyin olunub. 

Bakı şəhər Səhiyyə İdarəsinin əmri ilə 35 saylı şəhər poliklinikasının sabiq baş həkimi Qədimov Hüseyn Həsən oğlu məzuniyyətə göndərilib. 

Qeyd edək ki, akademik Namiq Əliyevin oğlu olan Kamal Əliyev ciddi narazılıqla FHN-dən çıxarılıb. O, vəzifəsindən ayrılarkən təqaüdə belə çıxarılmayıb.

Əhməd