Xəbər lenti

Maqazin 14:32 09.03.2024

Nazpəri “Bu şəhərdə” parodiya edilməsindən danışdı

"Konsert başlamazdan əvvəl sarayda mənə dedilər ki, "Bu şəhərdə"nin uşaqları sizi parodiya ediblər. Doğrusu, bir az da marağım artdı. Dedim, görəsən mənim parodiyalıq nəyim var".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva "Bu şəhərdə" komandasının "Kəm Ər" adlı konsertində parodiya edilməsinə münasibət bildirərkən deyib. 

Müğənni bildirib ki, bu ona "Bu şəhərdə" tərəfindən sürpriz olub:

"Bunun hamısı sevgidən irəli gəlir, mən onlara minnətdaram. Çox istedadlı aktyorlardır. Çıxışlarını çox bəyəndim. Onlara arxayın idim, bilirdim ki, gözəl parodiya edəcəklər".

Qeyd edək ki, "Bu şəhərdə" Heydər Əliyev Sarayında "Kəm Ər" adlı konsertlə çıxış edib. Əməkdar artist Coşqun Rəhimov xalq artistləri Nürəddin Mehdixanlı və Nazpəri Dostəliyevanı parodiya edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->