İdman 18:07 12.01.2023

"Neftçi"də yeni təyinat

"Nefçi" Futbol Klubunda yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, klub prezidentinin əmri ilə Namiq Əlizadə "Neftçi"nu Maliyyə direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Namiq Əlizadə maliyyə, mühasibatlıq və vergi məsələləri üzrə tanınmış mütəxəssis və təlimçidir. Bundan öncə "Azərsun Holdinq"in baş mühasibi, "Agrokimya" MMC-nin Maliyyə direktoru, "Nurgün Holdinq"in Audit Departamentinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru və UNEC-in magistratura bölməsinin müəllimidir. Bununla yanaşı "ACCA DipİFR”, PMS kimi sertifikatlara sahibdir.