İdman 18:04 19.01.2023

"Neftçi" fransalı futbolçu transfer etdi

"Neftçi" yeni transferi Kilan Lebonla müqavilənin detallarını açıqlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu ilə 1,5+1 il müddətinə müqavilə bağlanıb. 26 yaşlı hücumameylli yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 22 nömrəli formanı geyinəcək.

Kilan Lebon Fransanın "Amyen-2” (2014-2016), "Paris-2” (2016-2018), "Şambli” (2017-2018), "Paris” (2018-2020), "Qazelek Ayaçço” (2019-2020), "Kretey” (2020), Niderlandın "Utrext-2” (2019), Bolqarıstanın "Beroe” (2020-2022) və Qazaxıstanın "Astana” (2022) klublarında çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdini transfer edib.