İdman 12:45 15.07.2022

"Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi

"Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Kiprin "Aris” (Limassol) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
 
Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ərizədə 23 futbolçu yer alıb.
 
Qapıçılar: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov.
Müdafiəçilər: 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 6. Voislav Stankoviç, 19. Azər Salahlı, 26. Ömər Buludov, 82. Rüfət Abbasov.
Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 14. Eddi İsrafilov, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli.
Hücumçu: 11. Qodsvey Donyo.
 
Bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da "AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.
 
Səbuhi Həsənov