İdman 17:40 27.02.2024

“Neftçi”nin azarkeşləri Tovuzda oturacaqları sındırıb

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən oyunlarda yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

"Kəpəz” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

"Kəpəz” – "Qəbələ” oyununda "Qəbələ” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Qəbələ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
"Turan Tovuz” – "Neftçi” oyununda "Turan Tovuz” klubunun azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə "Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
 
"Turan Tovuz” – "Neftçi” oyununda "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə "Turan Tovuz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
"Turan Tovuz” – "Neftçi” oyununda qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər "Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
 
"Səbail” – "Sabah” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

Səbuhi Həsənov