İdman 13:50 09.02.2023

"Neftçi"nin futbolçusunda sümük kontuziyası yaranıb

"Neftçi-2"nin "Mingəçevir"lə matçda zədələnən və dili qatlanan futbolçusu Həbib İsmayılovla bağlı son məlumatlar açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, I Divizionun 16-cı turu çərçivəsində, "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş "Neftçi-2” – "Mingəçevir” matçının 71-ci dəqiqəsində ciddi zədələnən İsmayılov xəstəxanad müayinədən keçib. 

Bununla bağlı "Neftçi-2”nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına danışıb. O, açıqlamasında bunları deyib: "Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur, boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat xəstəxanada həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.
 
Səbuhi Həsənov