İdman 18:38 14.01.2023

“Neftçi”nin legioneri: “Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək”

"Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək".

Qaynarinfo verir ki, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç yeni transfer Höccət Haqverdi barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

36 yaşlı müdafiəçi bildirib ki, cənubi azərbaycanlı oyunçu da Azər Salahlı kimi universaldır: "Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: "Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm".