İdman 15:36 05.06.2023

"Neftçi" qapıçısı ilə bağlı qərar verdi

"Neftçi” qapıçı İvan Brkiçlə müqavilə müddətini artırıb.
 
Qaynarinfo xəbər verir ki, klub 27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzaladığını açıqlayıb.

2022-ci ilin yanvarından "Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.
 
Səbuhi Həsənov