İdman 21:33 26.01.2023

“Neftçi” səfərdə məğlub oldu

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, turun sonuncu matçı Masazırda "Bank Respublika Arena”da baş tutub. "Neftçi” səfərdə "Sabah”ın qonağı olub. Qarşılşama meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah”ın heyətində əvvəlcə Coy Lens Mikels 7-ci dəqiqədə penaltidən fərqlənib. Digər qolu Aleksey Kaşuk vurub. O, 37-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. 

Turun buna qədər baş tutan görüşlərində "Kəpəz” "Qəbələ” ilə heç-heçə (2:2) edib, "Qarabağ” səfərdə "Turan Tovuz”u məğlubiyyətə (2:3) uğradıb. "Zirə” doğma meydanda "Sumqayıtı” 3:1, "Şamaxı” isə "Səbail”i 2:1 hesabı ilə məğlub edib. 

Səbuhi Həsənov