İdman 19:40 13.12.2022

"Neftçi Srvena Zvezda klubu ilə qarşılaşacaq

"Neftçi"nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək.

Komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi” yanvarın 10-da Macarıstanın "Vaşaş”, 15-də Polşanın "Medz Leqnitsa” və Serbiyanın "Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan "Srvena Zvezda” klubu ilə qarşılaşacaq.