Xəbər lenti

Siyasət 16:58 21.04.2024

Norveç XİN Azərbaycan-Ermənistan münasibətlərində sürətli irəliləyiş gözləyir

Norveç Azərbaycan-Ermənistan münasibətlərində regiona fayda verəcək sürətli irəliləyişləri gözləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterssonun X sosial şəbəkəsindəki paylaşımında deyilir.

"Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”, deyə paylaşımda qeyd edilir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->