Dünya 11:45 06.06.2023

Nova Kaxovka fəlakəti: Krım susuz, 22 min sakinsə su altında qala bilər – Xəbərdarlıq

Kaxovka SES-in dağıdılmasından sonra aşağı axında yerləşən Dnepryanı və Nova Kaxovka ətrafının Korsunka kəndlərində 300-ə yaxın evi su basa bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə şəhərin meri Vladimir Leontyev xəbərdarlıq edib və xəbəri Novokaxovsk şəhər dairəsi administrasiyasının Telegram kanalında dərc edib.

"İndi heç bir təhlükə yoxdur. Yeganə təhlükə odur ki, hazırda Krıma suyun çatdırılmasında problemlər yarana bilər”, - Leontyev əlavə edib. O, bəzi insanların müvəqqəti təxliyə edilməsi zərurəti yaranarsa, hakimiyyət orqanlarının bütün tədbirləri gördüyünü vurğulayıb.

Eyni zamanda, Xerson vilayətinin başçısı Andrey Alekseenko qeyd edib ki, Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması səbəbindən 22 min sakin su basmaq təhlükəsi ilə üzləşib.

Eyni zamanda, Ukrayna Daxili İşlər Nazirliyi Kiyevin nəzarətində olan Dnepr çayının sağ sahilinin sakinlərinin təxliyə edildiyini açıqlayıb.

Alpər