İdman 18:14 13.01.2023

Novruz Əzimov: “Moldova klubundan tam ayrılmamışam”

Azərbaycanlı məşqçi Novruz Əzimov hələ Moldova klubu "Dinamo-Avto” ilə razılığa gələ bilməyib. Ötən il klubla müqavilə bağlasa da, Moldovadakı karyerası uzun sürməyib. Daha doğrusu qısa müddətdən sonra Azərbaycana qayıdıb. Ancaq klubdan tam ayrılmayıb. 

Bu haqda Əzimov Qaynarinfo-ya açıqlamasında bildirib: 

"Hazırda Bakıdayam. Gözləmə mövqeyindəyəm. Hələ konkret bir şey yoxdur”.

Mütəxəssis "Dinamo-Avto” ilə bağlı məsələdən də danışıb:

"Bu barədə konkret danışmaq mümkün deyil. Hələ bu proses fərqli formatda davam edə bilər. Klubla danışıqlar gedir, tam ayrılmamışam. İndi bu haqda danışmağım düz deyil. Yaxın vaxtlarda bu barədə məlumat verə bilərəm”.

Səbuhi Həsənov