Ekonomiks 13:50 31.08.2023

“OBA”da qənaətin əsl vaxtıdır - 55 faizədək endirim!

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi "Qənaətin vaxtıdır” adlı yeni, möhtəşəm endirim kampaniyasına start verib.

31 avqust – 13 sentyabr tarixlərini əhatə edəcək aksiyada alıcıları zəruri tələbat məhsullarından tutmuş təmizlik məhsullarına qədər müxtəlif kateqoriyadan olan 160-dan çox məhsula 55 faizədək endirim gözləyir.

Müştərilər şirkətin şəxsi və şəxsi-idxal məhsulları olan "Sunday”, "Lovbe”, "Safran”, "Maredo”, "Tamdad” kimi markaların məhsullarını 40 faizədək, "Nescafe”, "Tide”, "Restorex”, "Nestle”, "Halal-dad”, "Perwoll”  kimi tanınmış, sevilən yerli və dünya brendlərinin məhsullarını isə 50 faizədək qənətlə əldə edə biləcəklər.

Qeyd edək ki, "Qənaətin vaxtıdır” kampaniyasının endirimləri bütün "OBA” marketlərində məhsullar bitənədək qüvvədədir.

Əlavə olaraq, istehlakçılar "OBA” mobil tətbiqindən yararlanmaqla büdcələrinə ekstra qənaət imkan qazanacaqlar. Mütəmadi olaraq yenilənən tətbiq vasitəsilə alıcılar hər 10 AZN və üzəri alış-verişlərdə keşbek qazana, ödənilən məbləğin bir hissəsi hesablarına qaytara, qazandıqları keşbeklərlə yenidən alış-veriş edə biləcəklər. Tətbiqi buradan asanlıqla yükləyə bilərsiniz.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!