Ekonomiks 16:12 28.11.2023

“OBA” noyabr ayı ərzində sıralarını genişləndirib (STATİSTİKA)

Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə çalışan "OBA” marketlər şəbəkəsi noyabr ayında da böyüməyə davam edib. 

Qaynarinfo xəbər verir ki, şirkət cari ay ərzində öz sıralarını dəfələrlə genişləndirib. Regionda əsas işəgötürənlərdən biri olan "OBA” noyabr ayı ərzində regionlarda 197 nəfəri işlə təmin edib. 

Qadınların işə cəlb olunmasında xüsusi xidmət göstərən şirkət bu ay 86 qadının iş həyatına qatılmasında rol oynayıb. 

Bundan başqa, ölkənin böyük işəgötürən şəbəkəsi olan "OBA” sentyabr, oktyabr, noyabr ayları ərzində 21 nəfər həssas qrup nümayəndəsini işə cəlb edib. 

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 7000-ə yaxın əməkdaşı ilə vətəndaşlara xidmət etməkdən qürur duyur.