Video 13:12 23.08.2023

“OBA” “Qadının gücü” layihəsi ilə qadınların karyera qurmalarına dəstək olur (FOTOLAR)

Veysəloğlu Şirkətlər Qrupu  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığı çərçivəsində regionlarda yaşayan işsiz qadınlar üçün təlimlərə davam edir.

Növbəti dəfə Qusar rayonunda baş tutan təlim proqramı Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsinin "Qadının gücü” layihəsi əsasında təşkil olunub. Qusar rayonu ərazisində yaşayan 10-dan çox işsiz qadına "OBA” əməkdaşları tərəfindən "Satış və merçendayzinq”, "Müştəri məmnuniyyəti” və "Korporativ yazışma qaydaları” mövzuları əsasında təlimlər keçirilib.

Tədbirin nəticəsində işsiz qadınlar marketdə karyera ilə bağlı ilkin məlumatlara yiyələniblər. Daha sonra "OBA” marketlər şəbəkəsi tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib. Təlimdə iştirak edən qadınlardan bir çoxu "OBA”da uyğun vakansiyalarda çalışmaq üçün müraciət ediblər. 

"OBA” marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu layihələr sırasında "Qadının gücü” böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir. Təlimlərin avqust-sentyabr ayları ərzində ölkəmizin bir neçə regionunda təşkil edilməsi nəzərdə tutulur.