Video 15:41 28.09.2023

“OBA” zavodumuzun inkişafında böyük rol oynayır” (VİDEO)

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi sosial məsuliyyət layihələri ilə yanaşı, kiçik və orta sahibkarlara dəstək verən bir şirkət kimi tanınır. 

Belə ki, şirkət Bakıda və bölgələrdə bir çox kiçik və orta sahibkarlarla əməkdaşlıq edərək onların məhsulunun satışına dəstək olur. 

Bir çox şəxsi markanın satıldığı "OBA” marketlər şəbəkəsi müştərilərinə gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə təqdim edir. 

"OBA”nın əməkdaşlıq etdiyi "ARAZ-L” MMC-nin rəhbəri Mübariz Bayramov şirkətlə əməkdaşlığının başlama tarixindən və faydasından bəhs edib.