İdman 15:00 10.01.2023

Ötən ilin ən yaxşı hakimi müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı hakiminin adını açıqlayıb.
 
Qaynarinfo IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Şimon Marçinyak ötən ilin ən yaxşı ədalət təmsilçisi adına layiq görülüb.

42 yaşlı polşalı referi 150 xalla həmkarlarını üstələyib. 2020-ci ildə ən ayxşı hakim seçilmiş italiyalı Daniele Orsato bu dəfə ikinciliklə kifayətlənməli olub.
 
Səbuhi Həsənov