Xəbər lenti

Maqazin 14:32 29.02.2024

Özündən 15 yaş kiçik milyarderlə sevgilidir (FOTOLAR)

90-cı illərin məşhur supermodeli Naomi Kempbell Səudiyyə Ərəbistanından olan milyarder Məhəmməd Əl Turki ilə sevgilidir

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" mənbəyə istinadən məlumat yayıb.

Naomi Kempbell sosial tədbirlərdə tez-tez Məhəmməd Əl Turki ilə birlikdə görünür. Fevralın əvvəlində supermodel və multimilyoner BAFTA Mükafatlarında birlikdə görünüb. Mənbənin sözlərinə görə, onlar qırmızı xalçada pozalar verib, daha sonra bütün gecəni bir-birləri ilə keçiriblər.

"Naomi vaxtını kiminlə keçirdiyini ciddi dəqiqliklə seçir. Onları moda və sənət sevgisi birləşdirir, çoxlu ortaq dostları var. Naomi onunla Dubayda birlikdə idi və həmişəkindən daha xoşbəxt görünür. Birlikdə çox vaxt keçirirlər. Hazırda sadəcə dostluq olsa belə, onların arasında münasibətlər yaranır", deyə mənbə bildirib.

Qeyd edək ki, 53 yaşlı Naomi Kempbell 2021-ci ilin may ayında ilk dəfə ana olub. Onun qızı dünyaya gəlib. Onun sevgilisi olduğu deyilən səudiyyəli film prodüseri, sahibkar və xeyriyyəçi, Qırmızı Dəniz Film Fondunun baş direktoru Məhəmməd Əl Turkinin isə 38 yaşı var.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->