Xəbər lenti

Ölkə 08:20 26.02.2024

Oğuzda tövlə yandı, 34 heyvan tələf oldu

Oğuz rayonunda içərisində 34 baş mal-qara olan tövlə yanıb.

Qaynarinfo xəbər verir ki, hadisə fermada, 64 yaşlı Yaşar Yusif oğlu Həsrətova məxsus ümumi sahəsi 260 kv/m olan tövlədə baş verib.

Yanğın zamanı tövlədə olan 1 000 ədəd ot bağlaması da yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->