OPEC+ neft istehsalçıları qrupu qiymətləri sabitləşdirmək məqsədilə hasilatı sutkada 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat
yayıb.
Neftin hasilatını azaltmaq niyyətinin səbəbi qlobal iqtisadiyyatın sürətli monetar sərtləşdirmə fonunda sürətlə yavaşlaması ilə bağlı narahatlıqdır. Dolların möhkəmlənməsi də qiymətlərə təsir edib. OPEC+ nümayəndələrinin sözlərinə görə, nazirlərin görüşündən əvvəl azalmanın həcmi ilə bağlı yekun qərar verilməyəcək.
Fevralda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra "Brent” markalı neftin qiyməti 125 dollar/bareldən yuxarı qalxıb. O vaxtdan bəri qiymət Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər koalisiya üzvləri üçün yüksək qazancları azaltmaqla 85 dollara düşüb.
OPEC+ katibliyinin şənbə günü verdiyi bəyanatda deyilir ki, 23 ölkənin daxil olduğu Alyansın toplanması çərşənbə günü Vyanadakı mənzil-qərargahında planlaşdırılır. Qrup hər ay onlayn görüşüb və ən azı bu ilin sonuna qədər nümayəndələrin şəxsən görüşməsi gözlənilmirdi.
Nizami Bağırov
Şərhlər