Xəbər lenti

Dünya 14:56 04.04.2023

OPEC neft hasilatını niyə azaldır? - "Reuters"

OPEC Rusiya da daxil olmaqla, müttəfiqləri bazar günü neft hasilatının gündəlik 3,66 milyon barrel və ya qlobal tələbatın 3,7% azaldılması barədə razılığa gəliblər. Gözlənilməz qərar nəticəsində Brent markalı neftin bir barelinin qiyməti 5 dollar bahalaşaraq 85 dolları ötüb.

Qaynarinfo xəbər verir ki, "The Moscow Times” "Reuters" agentliyinə istinadən "OPEC+”nin hasilatı azaltmasının əsas səbəblərini açıqlayıb

Qlobal təlabatın zəif olmasından narahatlıq

Səudiyyə Ərəbistanı gündəlik 2 milyon barrel azalmanın üzərinə könüllü olaraq 1,66 milyon barel azalmanı bazar sabitliyini qorumağa yönəlmiş qabaqlayıcı tədbir adlandırıb.

Rusiya baş nazirinin müavini Aleksandr Novak Qərbdəki bank böhranının azalmanın səbəblərindən biri olduğunu qeyd edərək, bazar mexanizmlərinə müdaxiləni də qeyd edib.

Mart ayında yeni bank böhranı ilə bağlı qorxular investorları əmtəə malları kimi riskli aktivləri satmağa vadar etdi, neftin qiyməti 2022-ci ilin martında rekord 139 dollardan 70 dollara qədər düşdü.

Qlobal tənəzzül neft qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Redburn tədqiqat firması hesab edir ki, OPEK-in qlobal tənəzzüllə bağlı mümkün qorxularını nəzərə almasaq, yeni azalmanın həcmi çox güman ki, həddindən artıq olub.

Spekulyantların cəzalanması

Neft hasilatının azalması qısamüddətli mövqedə olan və ya neftin qiymətini aşağı salan neft treyderlərini də cəzalandıracaq.

Hələ 2020-ci ildə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman neft bazarında böyük "stavka” edən treyderləri xəbərdar edərək, bazara dəyişkənlik gətirmək niyyətində olduğuna işarə edib. Bundan əlavə, o, neftlə bağlı spekulyasiya edənlərə çətin günlər vəd edib.

Hedcinq fondları martın 21-nə ABŞ-ın WTI neftindəki xalis mövqelərini 56 milyon barrelə endirdilər ki, bu da 2016-cı ilin fevralından bəri ən aşağı səviyyədir.

"Son azalma neftə qarşı olanlara çox ağır zərbə vuracaq”, - "OPEC+”in fikirləri ilə tanış olan mənbə bildirib. 

Yaxşı qiymət axtarışı 

Bir çox analitiklər "OPEC+”in neftin qiymətini bir barel üçün 80 dollar səviyyəsində saxlamağa çalışdığını, UBS və Rystadın isə 100 dollara qalxacağını proqnozlaşdırdığını bildirib.

Bununla belə, neftin həddən artıq yüksək qiymətləri "OPEC+”in özü üçün risk yaradır, çünki bu, ittifaqın ehtiyacı olan mallar da daxil olmaqla inflyasiyanı sürətləndirə bilər.

Qiymətlərin artması həm də qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının və alternativ enerji mənbələrinə investisiyaların sürətlə artmasına təkan verir.

Goldman Sachs-a görə, son illərdə ABŞ-ın şist sənayesinin artan qiymətlərə reaksiyası azaldığından və yavaşladığından OPEC-in təsiri artıb. Qismən, bu, aktivistlərin sərmayəçilərə iqlimə potensial təsir göstərə biləcək qalıq yanacaqlarla bağlı layihələri maliyyələşdirməyi dayandırmaq üçün təzyiqi ilə bağlı ola bilər.

Vaşinqtonla gərginlik 

Vaşinqton "OPEC+”in gözlənilməz addımını yersiz adlandırıb.

Qərb dəfələrlə karteli qiymətlərlə manipulyasiya etdiyinə və Rusiyaya dəstək verdiyinə görə tənqid edib.

Birləşmiş Ştatlar bazar sövdələşməsi sübut olunarsa, OPEK-in ABŞ ərazisindəki aktivlərinin ələ keçirilməsinə imkan verən NOPEC kimi tanınan qanunu qəbul etməyi düşünür.

OPEC+ ən böyük maliyyə donoru ABŞ olan Beynəlxalq enerji agentliyinin (BEA) üzvü olan ölkələri 2022-ci ildə strateji ehtiyatlardan neft satdığına görə tənqid edib. BEA bu addımını sanksiyaların Rusiyadan tədarükün kəsiləcəyi qorxusu fonunda qiymətlərin aşağı salınması zərurəti ilə izah edib.

Lakin BEA-nın proqnozları özünü doğrultmadı və bu, OPEC+ mənbələrinin qərarın siyasi motivli olduğu və ABŞ prezidenti Co Baydenin reytinqini yaxşılaşdırmaq məqsədi daşıdığı barədə şərhlərə səbəb oldu.

Dövlət ehtiyatlarından ən çox neft buraxan ABŞ neftin bir hissəsini 2023-cü ildə geri alacağını bildirsə də, sonradan bu variantdan imtina edib.
JP Morgan və Goldman Sachs hesab edir ki, ABŞ-ın ehtiyatlar üçün neft almamaq qərarı OPEC+-i hasilatı daha da azaltmağa sövq edən amillərdən biri ola bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->