Xəbər lenti

Ekonomiks 22:12 21.11.2022

OPEC+ ölkələri gözlənilmədən neft hasilatını artırmaq barədə düşünür

OPEC+ ölkələri oktyabrın 5-də qəbul edilmiş qərara uyğun olaraq hasilatı azaltmağa vaxt tapmamış artıq onu artırmaq barədə düşünürlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” OPEC nümayəndələrinə istinadən yazır

Qeyd edilir ki, Səudiyyə Ərəbistanı və kartelin digər üzvləri hasilatı sutkada 500 min barel artırmağı müzakirə edirlər. Bu məsələ təşkilatın və ona daxil olan ölkələrin, o cümlədən Rusiyanın dekabrın 4-də keçiriləcək növbəti iclasında - Rusiya neftinin Avropaya nəqlinə embarqonun qüvvəyə minməsindən bir gün əvvəl müzakirə ediləcək.

Oktyabrın 5-də OPEC+ ölkələri gündəlik kvotaları 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, qərar noyabrda qüvvəyə minib. Mütəxəssislərin fikrincə, hasilatın real azalması təxminən 1 milyon barel olmalıdır. Çünki bir çox ölkələr, o cümlədən Rusiya kvota seçməyib.

Neftin qiymətinin düşməsi fonunda hasilatın artırılması qərarı bir qədər qəribə görünür: noyabrın ilk həftəsindən neft qiyməti 10%-dən çox ucuzlaşıb. Bazar ertəsi hərracda Brent markalı neftin qiyməti təxminən 1% azalaraq bir barel üçün 87 dollardan aşağı düşüb, lakin WSJ xəbərindən sonra Bakı vaxtı ilə saat 19.20-də eniş artıq 4,9% - 83,3 dollar təşkil edib. Amerika markalı WTI markalı xam neft 5,2% ucuzlaşaraq 75,9 dollar/barelə düşüb.

Nəticədə Brent markalı neftin qiyməti müharibədən əvvəlki qiymətlərə qayıdıb. 

WSJ bəzi nümayəndələrin mövqeyini qeyd edərək bildirir ki, qışda neftə tələbat həmişə artdığından hasilatı artırmaq olar, Ona tələbatın 2023-cü ilin birinci rübündə sutkada 101,3 milyon barrelə yüksələcəyi gözlənilir ki, bu da 2022-ci ilin orta dəyərindən 1,69 milyon barel çoxdur. Həftə sonu Goldman Sachs dördüncü rüb üçün Brent neftinin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 110 dollardan 100 dollara endirib və bunu Çindəki kovidlə bağlı vəziyyət və Rusiya neftinin qiymətinin konkret tavan səviyyəsinə dair əminliyin olmaması ilə izah edib. G7 ölkələri hələlik açıqlama verməyib. Bankın hesabatında deyilir ki, Çində yeni təcridolunma OPEC+-dan gündəlik 2 milyon barrel hasilatın kəsilməsinə bərabər tələbatın azalmasına səbəb olacaq.

Həftə sonu Çində Coviddən üç ölüm hadisəsi qeydə alınıb, halbuki, rəsmi statistikaya görə, may ayından bəri ölüm olmamışdır. 

Mənbələrin WSJ-yə verdiyi məlumata görə, hasilatın artırılması ilə bağlı müzakirələrin başlamasının digər səbəbi iki böyük OPEK ölkəsi - İraq və Birləşmiş Ərəb Əmirliklərinin hasilatı artırmaq istəməsidir.

Xatırladaq ki, "OPEC+”in oktyabr ayındakı qərarı Vaşinqtonda az qala iqtisadi müharibə elanı kimi qəbul edildi. Prezident Co Bayden Səudiyyə Ərəbistanını neft hasilatını azaltmağın "təsirləri" ilə hədələdi və bəzi ABŞ siyasətçiləri sərt bəyanatlarla çıxış etdilər. Həmin vaxt Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Robert Mendes bildirdi ki, qərar Rusiyanın Ukraynadakı müharibəsinə "maliyyə dəstəyinə kömək edəcək”. Ağ Ev və Konqres OPEK-ə qarşı mübarizə tədbirlərini müzakirə etməyə başladı.

Ər-Riyad təkid edir ki, qərar Rusiyaya dəstək naminə deyil, qlobal iqtisadiyyatın tənəzzülə doğru sürüşməsi ilə bağlı tələbin azalması gözlənilməklə, fundamental əsaslarla verilib. WSJ qeyd edir ki, Avropa embarqosunun qüvvəyə minməsindən əvvəl və Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulmasının neftin tədarükünün azalmasına səbəb ola biləcəyi bir şəraitdə hasilatı artırmaq qərarı səudiyyəlilərə bir daha göstərməyə imkan verəcək ki, onlar Rusiya deyil, öz maraqlarına və bazarın maraqlarına uyğun hərəkət edirlər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->