Xəbər lenti

Dünya 17:40 20.11.2023

Orbanın partiyası AK rəhbəri əleyhinə reklam lövhələri yerləşdirdi (FOTO)

Macarıstanın hakim partiyası Avropa Komissiyasının sədri Ursula von der Lyayeni hədəf alan reklam lövhələri quraşdırıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Reklam lövhələri noyabrın 20-də peyda olub və bir gecədə quraşdırılıb.

Reklam lövhələri gələn ilin iyununda keçiriləcək Avropa Parlamentinə seçkilər öncəsi kampaniya ilə əlaqələndirilir. Von der Lyayen Macarıstan əsilli maliyyəçi, daima Orbanın "Fides” partiyasının hədəfinə tuş gələn Corc Sorosun oğlu, Aleks Sorosla birlikdədir.

"Biz onların çaldığı havaya oynamırıq” (orijinalda - "Ne táncoljunk úgy, ahogy ők fütyülnek!”) reklam lövhəsində deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->