Ölkə 18:43 05.11.2022

Ordumuz Xocalının Pirlər kəndinə atəş açıb? - MN-dən açıqlama

Azərbaycan Ordusu Xocalıda traktora atəş açmayıb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.

"Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.