Orta məktəbdə rüşvət qalmaqalı: Müəllimin səsyazısı yayıldı (VİDEO)
Orta məktəbi bitirən şagirdin valideyninə səs atılaraq atestat və digər işlərlə bağlı pul tələb edilib.
Qaynarinfo "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, müəllimə aid olduğu iddia edilən səs yazısında digər şagirdlərdən də eyni məbləğdə pul tələb olunur.
Hadisənin Sumqayıt şəhərindəki məktəblərdən birində baş veridiyi bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, səs yazısından xəbərləri var. Buna görə artıq araşdırmalara başlanılıb.
Təhsil idarəsindən o da qeyd edilib ki, əgər fakt öz təsdiqin taparsa müəllim haqda qanuna müvafiq olaraq tədbir görləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər