Video 20:48 27.01.2023

Orxan Əsgərovun nəşi sabah ailəsinə təhvil veriləcək (VİDEO)

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun nəşi sabah səhər saatlarında ailəsinə təhvil veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə STV məlumat yayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.