İdman 11:36 22.12.2023

Oyun zamanı ürəyi dayanan futbolçu xəstəxanadan buraxıldı

İngiltərə Premyer Liqasında baş tutan "Luton Taun" - "Bornmut" matçında ürəyi dayanan Tom Lokyer xəstəxanadan buraxılıb. 

Qaynarinfo-nun məlumatına görə, "Luton Taun"un kapitanı ilə bağlı klubdan açıqlama verilib. Açıqlamada 29 yaşlı futbolçunun xəstəxanadan buraxıldığı və müalicəsinin evdə davam etdiriləcəyi bildirilib.

Ötən həftə sonu "Bornmouth" və "Luton Taun" arasında keçirilən və 1:1 hesabı ilə bitən liqa matçının 59-cu dəqiqəsində Lokyer huşunun itirərək yerə yıxılıb. Qarşılaşma əsnasında ürəyi dayanan futbolçu həkimlərin müdaxiləsindən sonra ayılıb və xəstəxanaya yerləşdirilib. 

Premyer Liqa rəhbərliyi 59-cu dəqiqədə ləğv olunan qarşılaşmanın elə qaldığı yerdən etibarən davam etdiriləcəyini açıqlayıb. 

Səbuhi Həsənov