Siyasət 11:17 13.03.2023

PA Qarabağın erməni ictimaiyyətini Bakıda görüşə dəvət edir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.