Dünya 11:27 19.12.2022

Paşinyan özünə yeni müavin təyin etdi

Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ölkənin baş nazirinin müavini təyin olunub.

Qaynarinfo bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan  Təhükəsizlik Şurasının iclasında kadr dəyişikliyi edib.

Maliyyə naziri vəzifəsinə isə Vaqe Ovaneisyan təyin olunub.

Qeyd edək ki, dekabrın 12-də Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan istefa verib.