Video 09:20 26.11.2023

Pensiyalarla bağlı yeni qaydalar: Bundan sonra... (VİDEO)

Pensiyalarla bağlı qaydalarda dəyişikliklər edilib.

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi yeni qaydalarla təmin ediləcək.

Mövzunu şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər"ə bildirib ki, yeni qaydaların tətbiqi pensiya təyinatı sisteminin təkmilləşdirlməsi, büroktarik əngəllərin aradan qaldırılması və pensiyaçılara xidmətin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Komitə sədrinin sözlərinə görə, yeni qaydalara əsasən, pensiya minimum məbləğə çatdırılacaq və maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə hesab edir ki, yeni qaydalar şəffaflıq və operativliyin təmin edilməsinə təkan verəcək.

Elşad Məmmədov qeyd edib ki, dəyişiklik pensiyaçıların rifahına növbəti dəstək tədbiridir.