Ekonomiks 22:24 14.08.2023

Pərviz Qulam işdən çıxarıldı

"Azərbaycam Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Əmlak” MMC-nin direktoru Pərviz Qulam vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.

O, həm də ADY-yə məxsus "ADY Servis" MMC-nin qanuni təmsilçisidir.

Xatırladaq ki, "ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır.