Dünya 19:15 18.07.2023

Peskov Odessaya endirilən zərbələrin Krım körpüsünün qisası olduğunu dedi

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Odessaya gecə endirilən zərbələr "Krım körpüsündəki partlayışa cavab zərbələridir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın təbliğat nəşri "RİA Novosti" yazıb.

"Peskov bugünkü gecə zərbələrinin Krım körpüsünə cavab zərbələri olub-olmaması sualına müsbət cavab verdi. Bəli", - o deyib.

İyulun 18-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələri dənizdə olduğu iddia edilən "yüksək dəqiqlikli silahlarla” obyektlərə "qrup cavab zərbəsi” endirib. Guya burada "Odessa vilayətindəki gəmiqayırma zavodunda istehsal olunan insansız qayıqlardan istifadə etməklə Rusiyaya qarşı terror hücumları hazırlanırmış”.

Həmçinin bildirilib ki, Nikolayev və Odessa ərazisində ümumi həcmi təxminən 70 min ton olan yanacaq anbarlarını dağıdıblar, onlardan Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası yanacaqla təmin olunub.

Alpər