Ölkə 20:30 06.11.2022

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 394 nəfər vaksinasiya olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 96, ikinci doza vaksinlərin sayı 54 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 201-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 43 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 913 927 olub.