Xəbər lenti

Ölkə 19:25 15.12.2023

Peyvəndlərdən imtina edənlərin sayı niyə artır? - Ekspert

"Bu günə kimi qızılca ilə mübarizə yalnız vaksinasiyanın hesabına baş tutub. Bundan sonra da yeganə effektiv yol vaksinasiyadır. Uşaqların kütləvi xəstələnməsi və ölüm halları da vaksinasiyaya bağlıdır. Valideynlər bunu nəzərə almalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Ekspert valideynlərin bundan müxtəlif bəhanələrlə vaksinasiyadan yayındığını qeyd edib: 

"Hətta bəziləri antivaksin təbliğatı aparırlar. Bəziləri də aparılan təbliğata inanır və nəticədə bütün dünyada görünən mənzərə yaranır".



Adil Qeybulla bildirib ki, Azərbaycanda olduğu kimi qızılcanın bütün dünyada artma tendensiyası davam edir:

"Bu, təkcə vaksinlə bağlı səbəb deyil. Hazırda xəstəliyin yayılmasının səbəbləri araşdırılır. Bu faktoru nəzərə alaraq işimizi köklü qurmalıyıq. Birinci növbədə milli peyvənd təqvimi ilə qızılcaya vaksin olunmamaq tendensiyasından əl çəkilməlidir. Bu proses icbari xarakter daşımalıdır. Milli peyvənd təqvimi ilə nəzərdə tutulan bütün peyvəndlər uşaqlara vurulmalıdır və bu onların mübadilə kartında qeyd edilməlidir. Bu proses bir mərkəzdən idarə olunmalıdır və buna tezliklə başlamaq lazımdır".

Qızılcadan ölüm hallarının baş verməsinə gəlincə, professor xəstəliyin ağırlaşa biləcəyini vurğulayıb: 

"Ölüm ağciyərdən başlayır. Xəstəliyə biganə qalmaq olmaz. Xəstəlik başlayan kimi yataq reyiminə keçmək lazımdır".

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->