Xəbər lenti

Ölkə 08:05 08.08.2023

Polis əməkdaşı yol qəzasında ağır yaralandı

Xızı rayonunda polis əməkdaşı yol qəzasında ağır yaralanıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Kərimov Məmməd Rafael oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->