Xəbər lenti

Dünya 16:38 12.03.2024

Politico: "Rəfaha hücum edərsə, Bayden İsrailə yardımı məhdudlaşdıra bilər"

ABŞ prezidenti Co Bayden Rəfahda hərbi əməliyyat olacağı təqdirdə İsrailə yardımın məhdudlaşdırılması variantlarını nəzərdən keçirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə dörd ABŞ rəsmisi "Politico”ya məlumat verib

"O, bu barədə düşünüb", - mənbələrdən biri bildirib. Qəzetin yazdığına görə, Co Baydenin belə bir addım atmağa hazır olması ABŞ-ın Qəzza zolağında müharibənin aparılmasına təsir göstərmək üçün daha çox diplomatik cəhdlərini rədd edən İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərdə həddindən artıq gərginlik deməkdir.

Milli Təhlükəsizlik Şurasının nümayənfəsi Edrien Uotson nəşrə anonim iddialarla bağlı şərh verməkdən imtina edib. Bununla belə, Baydenin yardımı İsrailin gələcək hərəkətləri ilə əlaqələndirmək istəyi ilə bağlı suala Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton belə cavab verib: "O, hesab edir ki, bizim bundan əvvəl istifadə etdiyimiz və hazırda istifadə etdiyimiz başqa, daha effektiv yanaşmalar var”. 

Xatırladaq ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-də İsrail ərazisinə hücumla başlayıb. Hücum zamanı 1,2 min nəfər həlak olub, 5,4 min nəfər yaralanıb, 200-dən çox israilli və əcnəbi girov götürülüb. İsrail cavab hərbi əməliyyatı keçirir, nəticədə 30 mindən çox fələstinli həlak olub, 71 mindən çox insan isə yaralanıb. BMT-nin məlumatına görə, Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah şəhəri 1,4 milyondan çox dinc sakinin sığınacağına çevrilib. Netanyahu dəfələrlə bəyan edib ki, müharibə yalnız HƏMAS-ın tamamilə məhv edilməsindən sonra başa çatacaq və Rəfahda əməliyyat keçirməyi planlaşdırır. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?