Dünya 11:45 15.11.2022

"Politico": Ukrayna ilə ABŞ arasında münasibətlər danışıqlar məsələsinə görə gərginləşib

Ukrayna hakimiyyət orqanları ilə ABŞ arasında münasibətlər Vaşionqtonun Kiyevə Rusiya ilə sülh danışıqlarının təşkili üçün təzyiqlərin mümkünlüyü barədə müxtəlif bəyanatları səbəbindən kəskinləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” səkkiz məlumatlı mənbəyə istinadən yazır.

Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, Dövlət Departamenti "mümkün dialoqun əsasını qoymağa” çalışır. Digər mənbə qeyd edib ki, hazırda tərəflər arasında danışıqlar üçün konkret sənəd, planlaşdırma platforması və ya strategiyası yoxdur.

Vaşinqton Kiyevi əmin edir ki, qışda hərbi əməliyyatların ehtimal olunan dayandırılması danışıqların tezliklə aparılmasına ehtiyac olmadığı anlamına gəlmir və dəstəyi davam etdirəcəyinə söz verir. Eyni zamanda, ABŞ rəsmilərindən biri "Politico” nəşrinə müsahibəsində bildirib ki, "Ukrayna Silahlı Qüvvələri üçün Dnepr çayının sol sahilindəki əraziləri geri qaytarmaq çətin olacaq, bu isə o deməkdir ki, "çox sayda insan ölməmiş" sülh danışıqlarına başlanılmalıdır”. 

Eyni zamanda, mənbələr nəşrə bildiriblər ki, qışın başlaması ilə münaqişənin diplomatik yolla həllinin tərəfdarları hələ də prezident Co Baydeni və onun yaxın çevrəsini razı sala bilməyiblər. Bu barədə Amerika rəsmiləri arasında üç, ukraynalılar arasında iki mənbə bildirib.

Xüsusilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Moskva ilə Kiyev arasında danışıqlar üçün səy göstərməyə çağırır, lakin onun fikri nə Ağ Evdə, nə də Kiyevdə dəstəklənir.

Alpər